Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Tuluza” evdə “Reyms”i, “Havr” isə “Monpelye”ni tək qolla üstələyib. “Oser” “Renn”lə ev oyununda 4 cavabsız qola sevinib. Üç qolun qeydə alındığı “Nant” – “Olimpik” (Marsel) görüşü də qonaq komandanın qələbəsiylə yekunlaşıb.
Beləliklə, 10 turdan sonra 26 xal toplamış son çempion PSJ cari mövsümdə də vahid liderdir. Marsel “Olimpik”i ilə “Monako” 20 xalla 2-3-cü yerləri bölüşürlər. “Lill” 18, “Nitsa” 16, Lion “Olimpik”i 15, “Lans” və “Reyms” 14, “Strasburq”, “Oser” və “Brest” 13, “Tuluza” 12, “Renn” 11, “Nant”, “Anje” və “Sent Etyen” 10 xal toplayıblar. Son iki pillədə qərarlaşmış komandalardan “Havr”ın 9, sonuncu pillədə qərarlaşmış “Monpelye”nin isə 4 xalı var.
Fransa, Liqa 1
10-cu tur
1 noyabr
Monako – Anje 0:1
Qol: Aholu, 29.
Lill – Olimpik (Lion) 1:1
Qollar: David, 17 – M.Fofana, 90+1.
2 noyabr
PSJ – Lans 1:0
Qol: Dembele, 4.
Brest – Nitsa 0:1
Qol: Gessan, 42.
Sent Etyen – Strasburq 2:0
Qollar: Nade, 51. Sissoko, 78.
3 noyabr
Tuluza – Reyms 1:0
Qol: Abuxlal, 84.
Oser – Renn 4:0
Qollar: Perrin, 27; 39. Sinayoko, 65-pen. Onaivu, 90+2.
Havr – Monpelye 1:0
Qol: A.Ture, 73-pen.
Nant – Olimpik (Marsel) 1:2
Qollar: Kadevere, 39 – Maupay, 24. Qrinvud, 61.