EN

Tom Henks məşhur “Forrest Qamp” filminin davamında çəkildi-FOTOLAR

“Elə qaldığımız yerdən də davam etməyə qərar verdik” söyləyən Hollivud ulduzları, məhşur ekran əsərinin tərəf-müqabilləri, aktyor Tom Henks ilə aktrisa Robin Rayt “Forrest Qamp” filmindən otuz il ötəndən sonra yenidən bir araya gəliblər.

Onların iştirakı ilə rejissor Robert Zemekkis yeni “O vaxt. İndi. Sonra” filminin çəkilişlərini artıq bitirib.

Tom Henkslə Robin Rayt yenidən rejissor Robert Zemekkisin çəkdiyi filmdə əsas rol aldıqlarına, həm də “O vaxt. İndi. Sonra” adlı ekran əsərinə çəkildiklərinə görə çox məmnun olduqlarını bildiriblər.

30 il öncə Henkslə Rayt tanınmış rejissor Zemekkisin tez məhşurlaşan, zamanında Oskara layiq görülən “Forrest Qamp” film dramında çox böyük tamaşaçı kütləsinin sevimlisinə çevrilmişdilər. Uzun illərdən sonra rejissor yenidən onları eyni filmdə qarşılaşdırmaq qərarına gəlib.

Hollivud ulduzu Tom Henks Los Anceles şəhərində keçirilən AFI kino festivalında və cümə günü nümayiş etdirilən bu yeni filmin baxışında jurnalistlərin qarşısında öz təəssüratlarını bölüşüb. O, otuz ildən sonra çoxdan tanıdığı sənətçi ilə bir daha “O vaxt. İndi. Sonra.” adlanan yeni filmdə birlikdə olduqları üçün sevindiyini, böyük zövq aldığını söyləyib.

“Sonra. İndi. Sonra” ailə həyatından bəhs edir. Film qəhrəmanların gənc, həmçinin yetkinlik illəri ilə yanaşı, qocalıq dövrünü də əhatə edir. Bu film Riçard Makkuardın qrafik romanı əsasında, rejissor Zemekkis və Forrest Qamp”-ın ssenari müəllifi kimi tanınmış Erik Rot tərəfindən yazılıb. Yeni filmdə Tom Henks, Robin Raytdan başqa, Pol Bettani, Kelli Reyli, Mişel Dokeri kimi aktyorlar və aktrisalar da çəkilib.

Tom Henks “People” nəşrinə film barədə danışıb: “Hər kəs “Ah, bu necə idi? Bunlar yenidən birləşmədir!. Siz həqiqətin necə olduğunu bilirsinizmi?” və yaxud da “Hey, necəsən?” kimi bir çox fikirlər, suallar var idi”. Biz qaldığımız yerdən davam etdik. Demək istəyirəm ki, hamımız bir-birimizi sevirik, çünki biz bir-birimizlə səmimi bir münasibət göstəririk”.

Henks vurğulayıb ki, 30 il əvvəl etdikləri bu cür isti münasibəti davam etdirməklə “gəlib eyni söhbətləri yenidən yaşamağı bacarmaq” özü bir lüksdür.

İllər öncə istehsal olunan “Forrest Qamp” 1994-cü ildə ekranlara çıxıb və ən yaxşı film, həmçinin ən yaxşı uyğunlaşdırılmış ssenari, ən yaxşı aktyorlar oyunu da daxil olmaqla altı Oskar qazanıb.

Baş rollarda Tom Henks və Robin Raytın çəkildiyi “O vaxt. İndi. Sonra” adlı bu yeni film ABŞ-da keçirilən nümayişdən sonra bir neçə Avropa ölkəsində, dekabr ayının 5-də isə Rusiyada ekranlara çıxacaq.

Oqtay Qorçu

Chosen
38
26
azpost.info

10Sources