EN

Harris prezident seçkiləri üçün erkən səs verdi - » AzadMedia.az



ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris noyabrın 5-də ölkədə keçiriləcək prezident seçkiləri üçün erkən səs verib.

Azadmedia.az xəbər verir ki, bu barədə vitse-prezident Miçiqan ştatında jurnalistlərə deyib.

Belə ki, "Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum. Bülletenim artıq Kaliforniyaya gedir. Mən sistemə inanıram ki, bülleten oraya çatdırılacaq", - deyə siyasətçi əlavə edib.
Chosen
85
3
azadmedia.az

10Sources