EN

“Rux”un futbolçusu qardaşı ilə Azərbaycan millisində oynamaq istəyir

AFFA daha bir futbolçunu milliləşdirmək istəyir. Belə ki, federasiya əslən Azərbaycandan olan, “Rux” klubunun futbol akademiyasında çıxış edən Rolan Mustafayevlə maraqlanır.

İdman.biz xəbər verir ki, 16 yaşlı futbolçu hazırda Ukraynanın U-17 yığmasının aparıcı futbolçusudur.

Sol cinah vingeri Azərbaycan millisinin üzvü, “Polesye”də oynayan Emil Mustafayevin də qardaşıdır.

Mustafayev Sportal.az saytına qardaşı haqda danışıb. O, Rolanı Azərbaycan millisində görmək istədiyini bildirib: "Bəli, Rolan hazırda Ukrayna yığmasında oynayır. Sizə düzünü deyim, qardaşımla birlikdə Azərbaycan millisində oynamaq arzumdur. Amma onun hansı komandada oynayacağına qərar vermək hüququm yoxdur. Hər halda, biz qardaş olsaq da, seçim onun özündədir. Zamanla hər şeyi görəcəyik" .

Qeyd edək ki, Emil Mustafayev yığmada ilk oyununu martın 22-də Monqolustana(1:0) qarşı keçirilmiş rəsmi matçda debüt etmişdi.

İdman.biz

Chosen
5
2
idman.biz

3Sources