EN

“Maserati”nin satışları 60% azalıb


2024-cü ilin ilk üç rübündə “Maserati” avtomobillərinin satışları 58,3% azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Carscoops” portalı məlumat verib.
Portalın məlumatına görə, bu ilin 9 ayı ərzində şirkət 8,6 min avtomobil satmağa nail olub.
2023-cü ildə “Maserati” 20,6 min ədəd avtomobil satıb. Satışların azalması fonunda şirkətin baş direktoru Devid Qrasso istefa verib.
“Stellantis”in baş direktoru Karlos Tavares aşağı satışları “mücərrəd” marketinq strategiyası və dilerlərin avtomobillərə böyük endirimlər tələb etməsi ilə əlaqələndirib.
Qeyd edilib ki, 2025-ci ildə “Maserati”nin MC20 superkarının elektrik variantı – “Folgore” versiyası bazara çıxarılıb.
2027-ci ildə şirkət hazırda E-UV BEV daxili təyinatı ilə tanınan flaqman krossoverini buraxacaq. Çox güman ki, model yeni ad alacaq və “Maserati Levante”nin ikinci nəsli olmayacaq.
2028-ci ildə “Maserati” şirkəti “Maserati”nin yeni nəsil flaqman sedanı olan “Quattroporte BEV”i təqdim edəcək və o, həm də elektrik güc aqreqatı ilə təchiz olunacaq.
Chosen
21
3
yeniavaz.com

4Sources