Moskvanın mərkəzində, bir restoranın altında, ekspertlərin fikrincə, 20-30 yaşlarında olan 10-dan çox adamın qalıqları tapılıb.
Yenilik.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qalıqlar əvvəllər “Nar bağı” restoranının yerləşdiyi Setunski keçidində iş zamanı tapılıb. Hazırda orada yeraltı kommunikasiyaların sökülməsi istiqamətində işlər aparılır. Bu zaman 3,5 metr dərinlikdə işçilər 10 kəllə, 17 fəqərə, 30 qabırğa, onlarla başqa sümük və iki çənə aşkar ediblər. Jurnalistlər yazır ki, qalıqlar bütöv bir təbəqədə yatıb və inşaatçıların sökdüyü quyunun səviyyəsində yerləşib. Qalıqların dəqiq kimə aid olduğu məlum deyil. Moskvada bu ərazidə restoran yalnız 2012-ci ildə açılıb və əvvəllər orada dayanacaq və sənaye zonası olub.İndi aidiyyatı orqanlar Moskvada baş verənlərin bütün hallarını müəyyən etməyə yönəlmiş yoxlama işləri aparır. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.(lent.az)