EN

Soğanın hansı növü dahafaydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir.

Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?

Eləcə də porey soğanı unutmamalıyıq.

Redaktor.az xəbər verir ki, biotexnoloq, dietoloq Tatyana Zaleteva soğanın müxtəlifliyinin təsirindən danışıb:

“Soğanı faydalı edən onda olan kükürd birləşmələridir, Onlar immun sistemin zülal sintezini stimulə edir.

Məhz kükürd soğana acılıq və göz yaşardıcılıq verir.

Kükürd daha çox ağ baş soğandadır.

Qırmızı və bənövşəyi soğanda ən güclü antioksidantlardan biri antosian var.

Eləcə də soğanda sutkalıq normanın 50% qədər kobalt var. Kobalt immun sistem üçün vacibdir.

Kobalt, kükür gialuron turşusu sintez edərək dərinin cavanlığını təmin edir.

Ən vitaminli isə təzə yaşıl soğandır.

Onda beta karotin, C, E,K vitaminləri var.

Ürək, qan və damarlar üçün o faydalıdır.

Adi soğandan bir qədər bahalı olan Porey A, C, K, karotin, minerallar və kremniy mənbəyidir. Bu soğanda bütün soğanların 2 qat artıq faydası birləşib. Kremniy fosfor və kalsiumun mənimsənilməsini təmin edir.

Soğanı marinad edəndə, yüngül pörtlədəndə xassələrini itirmir. Ona görə salatlar, kabablar, ət yeməkləri yanında soğan verin.

Ürək xəstələri üçün yaşıl soğan və qırmızı soğan faydalıdır.

Ümumiyyətlə, bir növ soğan yox, bütün növ soğanları mütəmadi qəbul edin”.

Chosen
24
1
redaktor.az

2Sources