EN

Azərbaycan məğlub Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər - Ramil Usubov

Bakı. Trend:

Azərbaycan məğlub Ermənistanı sülh müqaviləsini imzalamağaməcbur edə bilər.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi RamilUsubov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib.

"Ötən əsrin 90-cı illərindən etibarən regionda törədilən qanlısavaşlar, beynəlxalq terrorizm, etnik separatizm, narkotiklərinqanunsuz dövriyyəsi və ümumiyyətlə, transmilli cinayətkarlığınayrı-ayrı növlərinin cərəyan etdiyi acı gerçəklik də Prezidentİlham Əliyevin qətiyyəti və məqsədyönlü fəaliyyəti nəticəsindəsonlandırılıb.

Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində regionunbeynəlxalq statusu dəyişib və bölgənin inkişafı, kommersiyacəlbediciliyi üçün yeni imkanlar açılıb. Təsadüfi deyil ki, sondörd il ərzində fövqəldövlətlərin və transmilli şirkətlərinmüəyyənləşdirdikləri yeni enerji marşrutları, beynəlxalq vəregional nəqliyyat-logistik dəhlizləri artıq Azərbaycandan keçməkləQafqazı əhatə edir.

Bu müsbət geosiyasi, geoiqtisadi və qlobal təhlükəsizlikproseslərinin müsbət dinamikasını artırmaq, onların davamlılığınıtəmin etmək məqsədilə həyata keçirilən sülh missiyası dörd ilöncəki uğurlu hərbi əməliyyatlar kimi qətiyyətli, ləyaqətli,ədalətli və şəffafdır.

Əlbəttə ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi gücmərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlubErmənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcburedə bilər. Bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həmdə beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərəkgerçəkləşdirmək iqtidarındadır.

Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropaqitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı"sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isədanışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlliqarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğadüçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti vəxalqının gələcəyi baxımından düzgün qərar verməsindədir", - o qeydedib.

Chosen
49
4
az.trend.az

4Sources