EN

Şoltsdan NATO ilə bağlı vacib AÇIQLAMA: 30 gün ərzində...

NATO Atlantik okeanının hər iki tərəfində ümumi təhlükəsizliyimizin əsasıdır və bu, belə də qalacaq.

Publika.az xəbər verir ki, bunu Almaniyanın Federal Kansleri Olaf Şolts noyabrın 4-də Berlində NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra media nümayəndələri üçün brifinqdə deyib.

Avropada on illərlə mövcud olmuş sülhün güclü və geniş şəkildə təhdid altında olduğunu diqqətə çatdıran Olaf Şolts bildirib: "Almaniya bununla əlaqədar öz hərbçilərini NATO müttəfiqimiz Litvada yerləşdirib və beləliklə, ittifaq bölgəsinin şərq qanadını gücləndirir. Almaniya 35 min kişi və qadın, 200-dən çox gəmi və təyyarə ilə gələn il NATO-nun Qüvvət Modelində yer alacaq. Bu kontingentin 30 gün ərzində tam fəaliyyətə başlaması nəzərdə tutulur. Bu, bizim NATO-ya konkret töhfəmizdir".

Federal hökumətin təhlükəsizlik siyasəti ilə bağlı vəziyyətin dəyişməsinə qətiyyətlə reaksiya verdiyini vurğulayan Kansler Almaniyanın son 7 ildə müdafiə xərclərini iki dəfə artırdığını qeyd edib:

Chosen
34
publika.az

1Sources