EN

Keçiddən keçməyən qadın faciə yaşadı: Avtobus qızını vurdu - ŞOK VİDEO

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Tbilisi prospektində baş verib.

Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən keçən qadın azyaşlı qızını nəzarətsiz buraxıb. Skuterlə hərəkət edən azyaşlı qəfildən avtobus zolağına çıxıb. Bu zaman avtobus sürücüsü azyaşlını vuraraq yerə sərib. Uşağının vurulma anını gözləri ilə görən ana şok keçirib. O, özünü itirmiş halda qızını yoldan kənara çıxarmağa çalışan zaman özü də yıxılıb.

Piyadalara dəfələrlə səslənərək bildirmişik ki, yolu yalnız keçiddən istifadə edərək keçsinlər. Vaxt və məsafə qazanmaq üçün atılan səhv addımlar insanın ömrünü yarıda qoya bilər. Faciə ilə nəticələnən qəzaların baş verməsi yalnız səhlənkarlıqdan irəli gəlir. Bu mənzərəni kənardan izləyən insanlar isə "mənə heç nə olmaz" deyib həmin səhvi təkrarlayır. Və bir gün isə o da həmin səhvin qurbanına çevrilir.

 

Könül Rauf

Chosen
41
avtosfer.az

1Sources