İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkədəki daşqının nəticələrinə görə İspaniya kubokunun oyunlarının növbəti dəfə təxirə salındığını açıqlayıb.
Publika.az xəbər verir ki, "Parla Eskuela" - "Valensiya" və "Manises" - "Xetafe" matçları noyabrın 26-da, "Pontevedra" - "Levante" görüşü noyabrın 19-da, "Exea" - "Herkules" oyunu noyabrın 14-də keçiriləcək.
Təxirə salınan başqa bir qarşılaşma -"Xove Espanola" və "Real Sosyedad" matçının tarixi daha sonra müəyyən ediləcək.
Bundan başqa, futzal üzrə İspaniya kubokunun oyunları da təxirə salınıb.