Çində 100 min illik panda fosillərinin tapıldığı açıqlanıb.Çinin Quizhou əyalətində Asiyanın ən uzun, dünyanın isə 3-cü ən uzun mağarası olan Şuanqhe mağarasında panda qalıqlarının tapıldığı bildirilib.2003-cü ildən bəri çoxlu panda fosilinin aşkar edildiyi Şuanqhe mağarasında yaşı 100 min il olduğu təsbit edilən 46 nəhəng panda fosilinin tapıldığı bildirilib.Tədqiqatçılar 2003-cü ildən bəri geoloji möcüzə adlandırılan Şuanqhe mağarasından çoxlu panda qalıqları aşkar ediblər. Hesab olunur ki, aşkar edilmiş qalıqlar Buz dövrünün sonunda nəhəng panda populyasiyasının genetik təkamül tarixini və fərdi səviyyəli təkamül prosesini başa düşmək üçün nadir nümunə ola bilər.Mənbə: DHA