EN

NATO ölkələri Ukrayna səmasına daxil olan Rusiya raketlərini vura bilər

NATO-ya üzv ölkələrin Ukrayna səmasında raketlərin vurulması ehtimalı alyansın nazirlərin növbəti iclasının gündəliyinə daxil edilə bilər.

Editor.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. O əlavə edib ki, raketlərin Ukrayna ərazisindən kənarda məhv edilməsi qərarı özünümüdafiə baxımından nəzərdən keçirilməlidir.

“Gələn həftə NATO nazirlərinin növbəti görüşü baş tutacaq. Ola bilsin ki, onlar bu məsələni qaldırsınlar”, – Polşanın xarici işlər naziri TVN24 telekanalının efirində bildirib.

Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The New York Times” qəzetinin Ukraynanın ona uzaqmənzilli “Tomaqavk” raketləri ilə tədarükü ilə bağlı müraciətini şərh edərkən bildirib ki, Kiyev “Qərb ölkələrini müharibəyə sürükləməyə çalışır”.

//Samir Qurbanov, Editor.az

Chosen
11
editor.az

1Sources