EN

Avtobus və velosiped zolaqları ləğv oluna bilərmi? – Ümumiyyətlə xaotik bir vəziyyət var

Son günlər paytaxt yollarında dözülməz tıxaclar müşahidə olunur. Avtobus və velosiped yollarıyla yanaşı COP29-la bağlı çəkilmiş zolaqlar bu tıxaclara daha da artırır.

Yayılan məlumatlara görə, COP29-dan sonra bu zolaqlar, eləcə də avtobus və velosiped zolaqlarının ləğv olunması ehtimalı var.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda COP29-la əlaqədar çəkilmiş zolaqlar tıxaclara bir az da yol açıb. Onun sözlərinə görə, COP29 zolaqları müvəqqəti çəkildiyindən bu tədbirdən sonra ləğv ediləcək:

“Ancaq bunun digər zolaqlara da şamil olunacağı barədə bir məlumat yoxdur”.

Müsahibimizin sözlərinə görə, hərəkətin təşkili ilə bağlı bir problem yaranarsa, narazılıq çox olarsa, insanlar bundan əziyyət çəkərsə, bu məsələyə təbii ki, yenidən baxılma ehtimalı var. Sözsüz ki, bir məsələyə baxılması üçün bir əsas olmalıdır.

“Paytaxtda avtomobillərin sayının azaldılması, avtomobilsizləşdirmə prosesi gedir, nə dərəcədə effektiv olacağı bilinmir. Hansı şəhərlərdə ki, bu proses baş verib, müsbət nəticə verib, lakin həmin şəhərlərdə normal şəhərsalma qaydaları var, ictimai nəqliyyat və s. müsbət həllini tapıb. Bizdə ümumiyyətlə xaotik bir vəziyyət var, belə halda bu məsələ necə təsir göstərəcək o, bir az düşündürücüdür”.

Elməddin Muradlı: Bakıda avtomobilsizləşdirmə prosesi gedir, amma nə dərəcədə effektiv olacağı bilinmir

Ekspert xatırladıb ki, ölkəmizdə çox əhəmiyyətli tədbir keçirilir, buna görə də hər birimiz çox təmkinli, səbrli olmalıyıq:

“Biz neçə belə beynəlxalq tədbirlərə ev sahibliyi etmişik, heç bir problem olmadan başa vurmuşuq. Təbii ki, sonrakı mərhələlərdə əgər bir narazılıq olarsa, dövlət bu barədə uyğun qərarlar verəcək”.

Chosen
18
1
busaat.az

2Sources