EN

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərclərinin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 369 müəssisə) xərcləri 1 116,5 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 0,23% azalma deməkdir.

Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 476,9 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (86 şirkət üzrə) 266 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 241 kiçik və orta müəssisə üzrə xərcləri 338,6 mln. dollar, 28 dövlət şirkəti üzrə xərcləri isə 35 mln. dollar təşkil edib.

Chosen
7
3
apa.az

4Sources