Azərbaycanda talassemiyalı xəstələrin sayı artıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin sayı 4916 nəfərdir.
Onların 2361 nəfəri yetkinlik yaşına çatmayanlardır. Ötən il 385 nəfərə ilk dəfə talassemiya diaqnozu qoyulub.
2022-ci ildə isə ümumi talassemiya xəstələrinin sayı 4096, 17 yaşına çatmamış talassemiyalı şəxslərin sayı isə 1967 nəfər olub. İlk dəfə talassemiya diaqnozu qoyulan şəxslərin sayı isə 320 nəfər olaraq qeyd edilib.
Günay Şahmar, Bizim.Media