EN

"Fənərbaxça"da ciddi itki; 3 həftə oynamayacaq

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu İrfan Can Kahveci sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk vinger Super Liqanın 11-ci turunun "Trabzonspor"la səfər matçında ayaq əzələsindən zədə alıb. 29 yaşlı ön xətt oyunçusunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
12
sportal.az

1Sources