EN

Dövlət Baxçalı Öcalana çağırışını bir daha təkrarladı: Təklifimdə israrlıyam

MHP lideri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanla bağlı səsləndirdiyi fikri bir daha təkrarlayaraq mövqeyində israrlı olduğunu bildirib.

Ölkə.Az xəbər verir ki, MHP lideri Dövlət Baxçalı Öcalanı TBMM-də DEM Partiya Qrupuna gələrək terroru ləğv etdiyini bəyan etməlidir.

"Biz kürd qardaşlarımızla bir qəlbik. Ağırlaşdırılmış ömürlük həbs cəzası alan terrorçu lider desin ki, terror bitdi, PKK-nın ləğv etdiyini deyəcəksə, gəlsin DEM Qrupuna, bir-bir söyləsin, ümid hüququndan faydalansın. Ağ qoyun və qara qoyun ortaya çıxsın. Sözümün arxasındayam, təklifimdə israrlıyam.

Kürdlər bir şeydir, terror təşkilatı başqadır. Siyasətdə güzəştə getmək ümumi mənfəətimiz üçündür. Bizimlə kürd qardaşlarımızın arasına heç kim girə bilməz". 

O eyni zamanda Öcalanın TBMM-ə gəlməsini istəməyən DEM partililərə də mesaj ünvanlayıb: "Terrorçu liderin Türkiyə TBMM-də DEM Partiyası qrupuna gəlməsinə etiraz edirlər, amma niyə onun İmralıda qalması ilə bağlı heç nə demirlər? İmralı adası Türkiyə ərazisi deyilmi? Bu adadan imtina ediblər və bizim bundan xəbərimiz yoxdu? DEM Partiya Qrupunda 57 Öcalanın kölgəsi var", - o qeyd edib. 

Mürtəza
Ölkə.Az

Chosen
7
olke.az

1Sources