Amerikalı sahibkar İlon Mask Floridaya getdiyini və orada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşəcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.
“Mən indicə səs verdim və indi Floridaya gedirəm. Mən orada prezident Tramp, (Respublikaçı vitse-prezidentliyə namizəd) J.D. (Vans) və bir sıra digər sərin insanlarla birlikdə olacağam", - nəşr milyarderin sözlərindən sitat gətirib.
Bundan bir qədər əvvəl NYT yazmışdı ki, Mask seçki gecəsi Trampın Floridadakı "Mar-a-Laqo" malikanəsində olmağı planlaşdırır. CNN-in məlumatına görə, siyasətçi ailəsi və dostları ilə birlikdə səsvermənin nəticələrini izləyəcək.