EN

Partnyorlarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis - VAKANSİYA

"Bank Respublika" ASC, Partnyorlarla iş şöbəsinə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırması və əməkdaşlığa cəlb olunması;
  • Potensial partnyorun axtarışı və cəlb edilməsi, əməkdaşlığın yaradılması və dəstəyi;
  • Mövcud layihələr üzrə tərəfdaşlığa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
  • Partnyorların işinin təhlili və mütəmadi monitorinqi;
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
  • Mövcud partnyorlarla satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və rus dili biliyi (inglis dili arzuolunandır);
  • Kompüterdən istifadə bacarığı (MS Office proqramları);
  • Ünsiyyət qurmaq bacarığı;
  • Cəlb etmə bacarığı;
  • Müştəri ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
99
50
fins.az

10Sources