Olaylar xəbər verir ki, yerli sakin Süleyman Öztürkə məxsus ərazidə yaranan çat zəlzələdən xeyli müddət sonra əhali tərəfindən aşkarlanıb.
Bildirilir ki, yarığın eni 3 metr, dərinliyi isə 4 metrə çatır.
Qonşularının xəbərdarlığından sonra tarlasındakı nəhəng yarığı görən Süleyman Öztürk şoka düşdüyünü bildirib.
"Yarılan yerdə elə bil ki, sağında və solunda divarlar var. Hətta bir nar ağacı belə bu yarığa düşərək havada asılı qalıb. Bunu görən hər kəsin tükləri biz-biz olur", - deyə o hisslərini bölüşüb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31