EN

Yalnız “Milan”

“Milan” Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.

İdman.biz xəbər verir ki, “rossonyeri” 1955-ci ildən keçirilən qitənin ən nüfuzlu klub turnirində ən azı iki dəfə “Real”ın meydanında 3 və daha çox qol vuran ilk komanda olub.

İtaliya klubu Liqa mərhələsinin IV turunun “Santyaqo Bernabeu”da 3:1 hesablı qələbə qazanıb. Milan təmsilçisi 2009-cu ildə də Madriddə məhsuldarlıq nümayiş etdirib. Həmin vaxt qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, Liqa mərhələsində 4 oyun keçirən “Real”la “Milan”ın hərəsi 6 xal toplayıb. İspaniya klubu 17-ci, İtaliya təmsilçisi 18-ci yerdə qərarlaşıb.

İdman.biz

Chosen
22
idman.biz

1Sources