Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməklə bəşəriyyətə, sülhə, gələcəyə və insanlığa böyük ehtiramını nümayiş etdirir.
Professor deyib ki, planetimizdÉ™ yaÅŸanan müharibÉ™lÉ™r, dağıntılar, böyük sosial problemlÉ™rlÉ™ yanaşı, iqlim böhranı, su çatışmazlığı, meÅŸÉ™lÉ™rin mÉ™hv edilmÉ™si vÉ™ yaşıllığın yox olması kimi tÉ™biÉ™t hadisÉ™lÉ™ri yaxınlaÅŸan fÉ™rqli bir fÉ™lakÉ™tdÉ™n xÉ™bÉ™r verir. Dünya getdikcÉ™ yaşıllıqdan, ekoloji hÉ™yatdan vÉ™ insan dÉ™yÉ™rlÉ™rindÉ™n uzaqlaşır, ayrılır.Â
Dünyamızın gələcəyi baxımından yaşadığımız bu çətin dövrdə Bakıda təşkil ediləcək iqlim konfransı Mərmərə Qrupu Vəqfi olaraq zəruri sayır, Azərbaycanın sabitlik, sülh və insanlığın gələcəyi naminə bir çağırışı kimi qəbul edirik. Çünki Azərbaycanın bu sahədə irəli sürdüyü dəvət yalnız ətraf mühit, iqlim, yaşıllıq və su problemləri ilə məhdudlaşmır. Bu, həm də insanlığın qarşı-qarşıya olduğu müharibələrə, münaqişələrə, soyqırımlarına, məcburi köçkünlərə qarşı bir həmrəylik yaratmaq ideyasını da əhatə edir.
Akkan Suver ümid edir ki, dünya liderləri Azərbaycanın bu çağırışını nəzərə alaraq yeni təşəbbüslər irəli sürəcək. Sessiya vasitəsilə dövlət xadimləri, dini liderlər bir araya gələrək bu dəvətə xüsusi məna, dəyər qatacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək mötəbər tədbirdə Mərmərə Qrupu Vəqfi Türkiyənin QHT-ləri adından iştirak edəcək.
Â