EN

İqlim məsələləri Aİ-ni qətiyyən maraqlandırmır- ÖZƏL

"Bu gün Ursula fon der Layenin timsalında Avropa təsisatlarında müxtəlif vəzifə tutan şəxslərin nə qədər birmənalı yanlış siyasi xətlərə malik olduğunu görürük. COP29 elə bir tədbirdir ki, burada bütün dünyanı narahat edən vacib qlobal məsələlər müzakirə edilir". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma bütün bunlara baxmayaraq Ursula fon der Layen və bu qəbildən olan adamların bu gün Azərbaycan əleyhinə kampaniyanın əsas ruporları halına gəlməsi onu göstərir ki, qlobal iqlim məsələləri bu tip insanları qəti maraqlandırmır. Həm də Ursula fon der Layen yaxşı bilir ki, bu gün atmosferə və ətraf-mühitə zərbə vuran ən çox elə Avropa ölkələridir. Onların  özləri  də indiyə qədər iqlim məsələləri və ətraf mühitlə bağlı məsələlərdə heç vaxt normal bir müqavimət göstərən siyasi mövqe ortaya qoymayıb. Məhz onların yanlış, yararsız siyasətləri nəticəsində bu gün Aİ ətraf mühitə ciddi formada zərbə vurmağa davam edir. Hər halda onun timsalında Aİ-də yüksək vəzifə tutan rəsmilərin bu gün COP29-da iştirak etməməsi bir daha onu göstərəcək ki, bu tip siyasətçilər üçün Avropanın, dünyanın və bütünlükdə qlobal ətraf mühitin maraqları və onun vəziyyəti maraqlı deyil, onları ancaq özlərinin şəxsi vəziyyəti,  biznesləri və siyasi ambisiyaları maraqlandırır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources