EN

İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı açıqlanıb

İsrail aviasiyası Livanın cənubundakı Barja şəhərinə zərbələr endirib, nəticədə 20 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hazırda dağıntıların təmizlənməsi davam edir, buna görə də qurbanların sayı arta bilər.

Al Hadath telekanalının məlumatına görə, raketlər 600-ə yaxın qaçqının yerləşdiyi Kamal Cumblat məktəbinin yaxınlığındakı yaşayış binasına düşüb. Zərbənin məqsədi “Hizbullah”ın liderlərindən olan Abdulla İbrahimi məhv etmək olub.

Sentyabrın 17 və 18-də Livanın müxtəlif bölgələrində peycer və radioların silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. Sentyabrın 19-da İsrail Müdafiə Qüvvələri ölkə daxilində hava hücumları həyata keçirməyə başlayıb. Sentyabrın 23-də İsrail hakimiyyəti Livanda Hizbullahın hərbi infrastrukturuna qarşı “önləyici hücum əməliyyatına” başladığını elan etdi. Əməliyyat “Şimal oxları” adlanırdı.

Oxuməni.az

Chosen
11
28
oxumeni.az

10Sources