Prezident seçkiləri ABŞ-nin daxili məsələsidir, lakin Rusiya bu məsələ ilə bağlı xaricdən daxil olan informasiya axınını diqqətlə izləyir və verilən bəyanatları təhlil edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Təbriklərə gəlincə, Putinin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərim yoxdur. Söhbət dövlətimizə qarşı müharibədə birbaşa və dolayısı ilə iştirak edən dost olmayan ölkədən gedir", - Kreml nümayəndəsi deyib.
Ağarza Elçinoğlu