"EDnews" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Romada Dünya Termonüvə Enerji Qrupunun ilk Nazirlər İclasında nüvə enerjisinin təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində roluna, AEBA ilə əməkdaşlığımıza dair fikirlərimizi bölüşdük. COP29-da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin diqqət mərkəzində olacağını nəzərə çatdırdıq”, - paylaşımda qeyd olunub.