EN

Türkiyədən Qırğızıstana kimyəvi məhsul ixracı 70 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstanakimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə37,4 faiz artaraq, 73,8 milyon dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qırğızıstana 7,6 milyon dollarməbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilinoktyabr ayı ilə müqayisədə 34,4 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninkimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faizartaraq, 25 milyard 618 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollarməbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabrayı ilə müqayisədə 8,2 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsulixrac edib.

Chosen
4
4
az.trend.az

10Sources