Bakı.Trend:
İçərişəhərdə bu gün keçirilən “Qurama Art: EKO İnstalyasiya”sərgisi, sənətin və təbiətin harmoniyasını, həmçinin müasirinstalyasiyanın imkanlarını bir araya gətirən xüsusi birtədbirdir.
Trend xəbərverir ki, sərgi, ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) dəstək olaraq təşkil olunub.
Açılışda çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsinin Aparat rəhbəri İntiqam Babayev vurğulayıb ki,Azərbaycanın milli irsinin ayrılmaz hissəsi olan qurama motivi oqədər zəngindir ki, bu sərgidə o, konseptual incəsənət formasındaöz təzahürünü tapmışdır.
Onun sözlərinə görə, sərgidə təqdim olunan instalyasiyalarvasitəsilə təbiətdəki tarazlıq və ahəng, ətraf mühitin mühafizəsi,sıfır tullantı yolu yeni incəsənət nümunələrinin yaradılması,tarixi köklərimizin nümayişi, insanın həyata dair baxış fəlsəfəsiniəhatə edən bir çox aspektlərə toxunulmuşdur. Sərgi resurslarınsəmərəli istifadəsini, təbiətə və insanlara qarşı hörməti simvolizəedir, həmçinin sıfır tullantı fəlsəfəsini təbliğ edir.
Sərgidə yerli və xarici qurama sənətçiləri tərəfindənhazırlanmış ekoloji və fəlsəfi mövzularda instalyasiyalar nümayişolunur.
Ziyarətçilər, Aytən Abdullayeva, İmran Mehdiyev, Afaq Cəlilova,Nərgiz Əsgərova, Məmməd Rəşidov, Vüsalə Ağaraziyeva, ZaurQəhrəmanov, Samir Səmədov, Leyla Quliyeva, Sevinc Quliyeva, RövşənMəhərrəmli, Fərid Məmmədov və Qırğızıstandan Abdykerimova Saltanatkimi yerli və xarici qurama sənətçilərinin əl işləri vasitəsi iləbu nadir sənətin dərinliklərinə enə və onun müxtəlif yönlərini kəşfedə bilərlər.