EN

"Kartdan karta" üsulu ilə işləyən 120 sahibkara maliyyə sanksiyası tətbiq olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndəticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminaldeyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarınınqarşısının alınması məqsədilə nəzarət tədbirlərini davametdirir.

Xidmətdən Trend-ə verilən məlumata görə, son günlər ərzində Bakışəhərində keçirilmiş nəzarət tədbirləri zamanı 120-dən çox beləobyektdə qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb.

Məlumata görə, qanun pozuntuları protokollaşdırılıb və müvafiqmaliyyə sanksiyaları tətbiq olunub.

Qeyd olunub ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminalvasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlaraPOS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki dətəqdim olunmalıdır.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, istehlakçılaraelektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərininbirbaşa vəzifələrinə aiddir.

Vurğulanıb ki, sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaqüçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təminetməlidirlər.

Chosen
27
49
az.trend.az

10Sources