Mərkəzi Seçki Komissiyasında yoxlamalara başlanılıb.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən MSK-da və dairə seçki komissiyalarında maliyyə yoxlamaları aparılır. Bəzi maliyyə pozuntularının aşkarlandığı bildirilir.
Qeyd edək ki, yoxlamalar son illəri əhatə edir.
Xatırladaq ki, 2000-ci ildən etibarən MSK-nın sədri Məzahir Pənahovdur.