EN

Türkiyənin Britaniyadakı səfiri: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik qələbədir

Azərbaycanın COP29 kimi qlobal əhəmiyyətli konfransa ev sahibliyi etməsi ölkənin dünya arenasındakı mövqeyinin və gücünün bariz göstəricisidir.

Bu fikirləri Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş AZƏRTAC-a açıqlamasında deyib.

Səfir bildirib ki, Azərbaycanın diplomatiya sahəsində əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı hörmət və güclü nüfuz ölkəni bu mühüm konfransa ev sahibliyi edəcək mövqeyə gətirib. Azərbaycanın belə böyükmiqyaslı və mühüm tədbirə ev sahibliyi etməsi ölkənin təkcə regional deyil, həm də qlobal səviyyədə gücünün artdığını nümayiş etdirir. “Belə bir uğur yalnız diplomatik səylər, anlaşma və nüfuz sayəsində əldə edilə bilər,” - deyə o, Azərbaycanın qlobal liderliyə doğru addımlarını dəyərləndirərkən vurğulayıb.

Türkiyənin bu tarixi konfransın müvəffəqiyyətlə keçirilməsi üçün Azərbaycanla tam həmrəylik içində olduğunu və prosesin hər mərhələsində ölkəmizə güclü dəstək verəcəyini bildirən diplomat qeyd edib: “Azərbaycan-Türkiyə qardaşlığı COP29-un uğurla keçirilməsinə də öz töhfəsini verəcək”, - deyə səfir Ertaş ifadələrini yekunlaşdırıb.

1Sources