EN

Tramp seçildi, Makron təşviş içindədir - Elxan Şahinoğlu yazır

Elxan ŞAHİNOĞLU

***

Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir.

“The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu əsassız deyil. Tramp böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”.

Makrona gəldikdə, Parisin “suveren Avropa” ideyası yeni deyil. Bunu Fransanın keçmişdəki liderləri də reallaşdırmaq istəyiblər, ancaq heç bir nəticə əldə etməyiblər. Çünki Fransadan başqa digər Avropa dövləti “suveren Avropa” ideyasına inanmır. ABŞ olmasaydı, Avropanın az qala mərkəzində - Bosniyada müharibəni dayandırmaq mümkün olmayacaqdı. Elə Ukraynaya ən böyük maliyyə və hərbi dəstək “suveren Avropadan” deyil, ABŞ-dan gəlib.

MİA.AZ

Chosen
4
7
mia.az

8Sources