Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstana işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Lavrovun iki günlük səfəri zamanıQazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə danışıqlar aparacaq. Bundan başqa Lavrovun Astanada ali təhsil müəssisələrindən birinin müəllim və tələbələri ilə görüşü də planlaşdırılır.
Müəllif: Arzu