Çin prezidenti Si Tsinpin ABŞ prezident seçkilərində qələbə qazanması münasibətilə Donald Trampa təbrik teleqramı göndərib...
Poliqon xəbər verir ki, bu barədə “Sinxua” Agentliyi məlumat yayıb.
Teleqramda Çin Xalq Respublikasının sədri vurğulayıb ki, iki dövlət arasında sabit və davamlı münasibətlər hər iki tərəfin maraqlarına, eləcə də beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verir.
Si Tsinpin ümidvar olduğunu bildirib ki, Pekin və Vaşinqton qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərinə riayət edəcək, dialoq və ünsiyyəti gücləndirəcək, fikir ayrılıqlarını düzgün idarə edəcək və qarşılıqlı əməkdaşlığı genişləndirəcək.
Poliqon.info