EN

Premyer Liqanın ən ödənişli futbolçuları məlum oldu

İxtisaslaşmış “Spotrac” dərgisi İngiltərə çempionatının (Premyer Liqa) ən ödənişli futbolçularının onluğundan ibarət siyahını təqdim edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Siti”nin belçikalı hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröyne qərarlaşıb.

Belçikalı futbolçunun maaşı ildə 24,79 milyon avro məbləğindədir. Ancaq De Bröynenin “şəhərlilər”lə əmək müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacağından, belçikalı futbolçunun maaş məbləği klub rəhbərliyi tərəfindən yenidən baxışdan keçirilə bilər.

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland müvafiq siyahıda 2-ci sırada yer alıb. “Qolçu vikinq” ildə 23,24 milyon avro məbləğində əməkhaqqı alır.

İlk üçlüyü isə “Mançester Yunayted”in braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro qapayır. “Qırmızı şeytanlar” braziliyalı “dayaqçı”ya ildə 21,69 milyon avro məbləğində əməkhaqqı ödəyirlər.

“Sportac” dərgisinə görə, İngiltərə Premyer Liqasının ən ödənişli futbolçularının onluğunu təqdim edirik:

  1. Kevin De Bröyne (“Mançester Siti”) – 24,79 milyon avro;
  2. Erlinq Haland (“Mançester Siti”) – 23,24 milyon avro;
  3. Kazemiro (“Mançester Yunayted”) – 21,69 milyon avro;
  4. Məhəmməd Salah (“Liverpul”) – 21,69 milyon avro;
  5. Rahim Sterlinq (“Çelsi”/“Arsenal”) – 20,14 milyon avro;
  6. Bernardo Silva (“Mançester Siti”) – 18,59 milyon avro;
  7. Cek Qriliş (“Mançester Siti”) – 18,59 milyon avro;
  8. Markus Raşford (“Mançester Yunayted”) – 18,59 milyon avro;
  9. Kay Haverts (“Arsenal”) – 17,35 milyon avro;
  10. Qabriel Jezus (“Arsenal”) – 16,42 milyon avro.
Chosen
12
arena.az

1Sources