EN

Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək?

“Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra verdiyi vədləri yerinə yetirməyə başlayacaq”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edir ki, beynəlxalq aləmin əsas diqqəti Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmasıyla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır:

“ABŞ-nin dərin dövləti Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır, bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremli xeyrinə bitməsinə əngəldir. 

Tramp Ukraynaya hərbi və maliyyə yardımını azaltmaq və ya tamamilə dayandırmaq yolu ilə müharibəni bitirmək istəyirsə, qarşısındakı əsas maneə məhz həmin dərin dövlət olacaq”.

Chosen
3
5
cebheinfo.az

6Sources