EN

“Bankların faiz dərəcəsi yüksəkdir”

“Bankların

“Demək olar ki, ölkədə bankdan kredit götürməyən çox az sayda vətəndaş var. Azərbaycanda bank sistemi 21-ci əsrin ilk onilliyindən daha da qazancla işləməyə başladı. Hazırda əgər bankla vətəndaş arasında bağlanan müqavilələrə diqqət etsək, görərik ki, müqavilənin bütün bəndləri bankın xeyrinədir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat əlavə edib ki, amma digər ölkələrlə müqayisədə görərik ki, əslində bankla müştəri arasında bağlanan müqavilələr hər iki tərəfin hüquqlarını qorumağa yönəlib:

“Mən Azərbaycandakı bank sistemini inkişaf etmiş ölkələrlə deyil, inkişafda olan ölkələrlə müqayisədə belə heç də ürəkaçan olmadığını deyə bilərəm. İlk olaraq faiz dərəcəsi yüksəkdir. Bir halda ki hazırda ölkədə 30 faizə qədər kreditlər təklif olunur. Təbii ki, vətəndaş da müəyyən çətinliyinin qarşısını almaq üçün banka üz tutur”.

M.Cəfərov son 5 ildə götürülən kreditlərin böyük əksəriyyətinin istehlak kreditlərinin payına düşdüyünü diqqətə çatdırıb:

“İstehlak kreditlərinin çəkisinin günbəgün çoxalma səbəbi isə bu kreditlərin faiz dərəcələrinin digərlərindən üstün olmasıdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, istehlak kreditləri digərlərindən fərqli olaraq, adətən qısa müddətə verilir. Ümumiyyətlə, istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması onunla əlaqədardır ki, buna tələbat çoxdur. Əgər Mərkəzi Bankın statistikasına nəzər salsaq görərik ki, son bir-iki ildə yerli banklar əsas gücü istehlak kreditlərinə verməyə yönəldiblər”.

Röya

Chosen
60
14
xalqcebhesi.az

10Sources