EN

Neftçala sakini Kürdə batıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

10.20

Neftçala sakini özünü Kürə atıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçalanın Bankə qəsəbəsində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının özünü çaya atdığı bildirilir.

İlkin məlumata görə, qadının paltarları çayın sahilində tapılıb. Onun ötən gün gecə evdən çıxdığı və geri qayıtmadığı bildirilir.

Axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
24
1
apa.az

2Sources