EN

ARTİ-nin Metodik Dəstək Mərkəzinin dəstəyi ilə ümumi təhsil müəssisələrində metodiki işin təşkili ilə əlaqədar fəaliyyətlər davam edir

2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə əlaqədar metodistlik fəaliyyəti davam etdirilir. Qeyd edək ki, metodistlik fəaliyyətinin əsas məqsədi ümumi təhsil müəssisələrində şagird nailiyyətinin yüksəldilməsi üçün fənn müəllimlərinin metodiki bilik və bacarıqlarının inkişafına metodiki dəstəyin göstərilməsini əhatə edir. Ümumi təhsil müəssisələrində metodiki işin təşkili ilə əlaqədar fəaliyyətlər əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilir. Metodistlər ilkin fəaliyyət olaraq müəllimlərin dərsdinləmə prosesində iştirak etdiblər. Dərsdinləmə prosesi ibtidai sinif müəllimlərinin metodiki təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə təşkil edilib. Dərs prosesi müəllimlərin metodiki bilik və bacarıqlarını əks etdirən meyarlara əsasən müşahidə edilib. Müəllimlər dərs prosesindən əvvəl dəsdinləmənin qeydiyyat vərəqində əks olunan meyarlarla tanış olublar. Dərsdinləmə prosesindən sonra metodistlər tərəfindən hər bir müəllimə müşahidə edilən məsələlərlə bağlı konstruktivliyi dəstəkləyən fərdi rəylər və metodiki ehtiyacları olan mövzularla bağlı tövsiyələr verilib. Bir daha qeyd edək ki, metodistlər və müəllimlərin əməkdaşlıq çərçivəsində həyata keçirdikləri fəaliyyətlər şagird nailiyyətinin yüksəldilməsi məqsədini daşıyır. Bu istiqamətdə həm metodist, həm də müəllimlərin metodiki bilik və bacarıqlarının inkişafının əsasını onların daim peşəkar inkişafının yüksəldilməsi təşkil edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində metodiki işin təşkili istiqamətində fəaliyyət göstərən metodistlərə mütəmadi dəstək ARTİ MDM tərəfindən həyata keçirilir.

Chosen
27
tehsil.biz

1Sources