EN

Trampın seçilməsi ilə vəziyyət dəyişəcək, Azərbaycan ABŞ-la... - Pənah Hüseyn

ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsi qlobal müstəvidə fərqli gözləntiləri ortaya qoydu. Dünyada xaos dönəmini şərtləndirən qeyri-müəyyənliklərdən biri həll olundu. Bir qeyri-müəyyənlik elementi qalır. Çünki Trampın hansı siyasəti yürüdəcəyi hələ bəlli deyil.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn deyib.

“Rusiya-Ukrayna müharibəsinin taleyi Trampın dövründə aktual məsələlərdən olacaq. Yaxın Şərq, Fələstin-İsrail, İran-İsrail və ABŞ-İran-İsrail məsələsi qarşıdakı dövrdə gündəmin əsas mövzularından biri kimi qalacaq”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, o, Amerikadakı seçkilərdə “Demokratlar”ın və onların namizədinin qələbəsini istəməyib: “Xüsusi olaraq Trampın də qələbəsini arzulamırdım. Buna baxmayaraq, onun qələbəsi bir neçə il davam edən status-kvo vəziyyətini aydınlaşdıracaq. Beynəlxalq münasibətlərdə və Qafqaz regionunda dəyişikliklər olacaq”.

Pənah Hüseyn hesab edir ki, Azərbaycan bu proseslərdən uduşla çıxacaq: “Bunun üçün şanslar var. Azərbaycan, Türkiyə və onun müttəfiqləri, Türk Dövlətləri Təşkilatının hansı addımlar atacağı proseslərə öz təsirini artırıb”.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
67
26
teleqraf.com

10Sources