EN

Avtomobil şirkəti minlərlə işçini ixtisar edəcək - rəhbərliyin maaşları isə ...

Yaponiyanın avtomobil istehsalçısı Nissan rəhbərliyinin maaşlarını azaltmaq, 9 min işçini işdən çıxarmaq və istehsal gücünü 20% azaltmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin press-relizlərində deyilir.

Şirkətin açıqlamasında qeyd olunur ki, çətin vəziyyətlə üzləşən şirkət performansını yaxşılaşdırmaq və bazar dəyişikliklərinə tez uyğunlaşa bilən daha çevik və möhkəm biznes yaratmaq üçün təcili tədbirlər görür.

"Nissan" öz qarşısına xərcləri azaltmaq, məhsulun maya dəyərini azaltmaq və aktiv portfelini rasionallaşdırmaq məqsədi qoyub.
Xüsusilə də şirkətin baş direktoru Makoto Uçida aylıq maaşının 50%-dən könüllü olaraq imtina edib. Rəhbərliyin digər üzvləri də analoji qərar qəbul ediblər. "Nissan" həmçinin "Mitsubishi Motors"un 149 milyon səhminin satışını elan edib.

Şirkətin 300 milyard yen (1,94 milyard dollar) azalda biləcəyi gözlənilir.

Chosen
10
1
ucnoqta.az

2Sources