EN

"Sabah"dan ayrılan baş məşqçi Rusiyada ikinci dəfə ayın ən yaxşısı seçilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sabah" klubunun sabiq baş məşqçisi, hazırda Rusiya təmsilçisi "Krasnodar"ı çalışdıran Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.
Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.
Bu mükafata ardıcıl ikinci dəfə layiq görülən M.Musayev oktyabrda "Krasnodar"ın baş məşqçisi kimi Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Onun komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan son illərin favoriti "Zenit"dən 3 xal öndədir.
Chosen
289
50
oxu.az

10Sources