EN

İcra başçısı sakinlərin problemləri ilə bağlı tapşırıqlar verdi - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Yuxarı Qaramanlı kənd sakinləri ilə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Çıxış edənlər “Zəfər günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, işğaldan azad olunan ərazilərimizdə düşmənin apardığı vandallıqlar haqqında məlumat veriblər.

M.Seyidov çıxış edərək bildirib ki, zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir.

İcra başçısı rayonda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolun təmiri, yeni çəkiləcək beton kanaldan evlərə fərdi olaraq suyun verilməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.






Chosen
12
7
qafqazinfo.az

10Sources