"Volkswagen" avtomobil istehsalçısı təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə Amerika bazarından 114,5 min avtomobili geri çağıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası məlumat yayıb.
Bildirilib ki, geri çağırılma 2006-cı ildən 2019-cu ilə qədər olan "Beetle" və "Passat" modellərinə təsir edəcək.
Tənzimləyici qeyd edir ki, buna səbəb sürücü tərəfindəki ön hava yastığının nasazlığı olub və bu, yüksək temperaturun təsiri altında kortəbii işə düşməyə səbəb ola bilər.
Â
Gözəl Həşimova