Son günlər yeni dələduzluq növünün yayıldığı bildirilir.
Vətəndaşlara telefonla zəng olunaraq, "peyvənd olunmusunuzsa, 1 düyməsini seçin", - deyə xahiş edilir.
İddialara görə, telefon dərhal bloklanır.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyevcavab olaraq bildirib ki, saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur:
"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansı məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklanmalıdır".
Əzizə İsmayılova
Mənbə: oxu.az