"Qalatasaray" UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.
Fanat.Az-ın məlumatına görə, "aslanlar" 3:2 hesablı qələbə qazanıblar.
"Sarı-qırmızılar"ın heyətində ilk qolu 6-cı dəqiqədə Yunus Akgün vurubsa, Viktor Osimhen 31 və 39-cu dəqiqələrdə fərqlənərək dubl edib.
Bu, cari mövsüm "Qalatasaray"ın AL-də 3-cü qələbəsi olub.