“Vətən müharibəsində əldə etdiyimiz Qələbənin rəmzi olan Zəfər Günü münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırırıq!”
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında bildirib:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində əldə edilən Qələbə xalqımızın birliyini və möhkəm iradəsini, dövlətimizin qüdrətini təcəssüm etdirir. Vətənimiz Azərbaycana əmin-amanlıq, tərəqqi və firavanlıq diləyirik”.