EN

“Check-up” müayinələr pulsuz ola bilər? - VİDEO

Azərbaycanda "check up" müayinələrə maraq artır.

Bəs klinikalarda təklif olunan "check-up"paketlərinin qiymətləri vətəndaşları qane edirmi?

Day.Az xəbər verir ki, tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, müayinələr yaşa, cinsə, risk faktorlarına və digər fərdi xüsusiyyətlərə görə dəyişə bilər. Qiymətlər isə hər klinikada fərqlidir.  50-1000 manat arası dəyişir. 

Bəs, check-up müayinəl icbari tibbi sığortaya daxil edilə bilərmi? Sualını aidiyyəti dövlət qurumuna ünvanladıq.

Görünür "check up" müayinənin icbari sığorta zərfinə daxil edilməsi vacibdir. Belə olduğu halda profilaktik tibbi xidmətlərdən istifadə edənlərin sayı arta, ölkə ərazisində ümumi sağlamlıq vəziyyəti daha da yaxşılaşa bilər.

Qeyd edək ki, hazırda İcbari tibbi sığortanın xidmətlər zərfində 3315 adda tibbi xidmət yer alır. Bura ilkin tibbi-sanitariya yardımı, təcili və təxirə salınmaz xidmət, ixtisaslaşmış ambulator yardım, cərrahi və stasionar terapevtik xidmətlər daxildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
2
1
day.az

2Sources