EN

Ağ Ev andiçməyə qədər Kiyevə kömək edəcəyinə söz verib -"Axios"

ABŞ 2025-ci ilin yanvarında baş tutacaq Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya yardım paketləri verməyə davam edəcək. Axios portalı xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Yaxın həftələrdə, bu administrasiyanın səlahiyyət müddəti başa çatana qədər, yardım paketlərinin ayrılması davam edəcək". - Sinq deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
49
news365.az

1Sources